Bakıda məktəblərin birində şagirdlər arasında insident baş verib.
Tehsil.biz xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Hadisənin paytaxtın 112 saylı məktəbində baş verdiyi bildirilir.
Belə ki, şagirdlərdən biri digərinin üstünə hücum çəkib, ona amansızcasına zərbələr endirib. Hadisə zamanı sinif otağında başqa şagirdlər olsa da, davaya müdaxilə edən olmayıb.
Qeyd edək ki, məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə, həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinə sorğu göndərilib və cavabları barədə əlavə məlumat veriləcək.