Logo

ŞAD XƏBƏR: Bu şəxslərin maaşlarına əlavələr edilməsi nəzərdə tutulur

30.09.2022 12:10 704 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) inzibati heyətinin xidməti fəaliyyətində diferensial əməkhaqqı sistemi tətbiq olunacaq.

Tehsil.biz xəbər verir ki, bununla bağlı UNEC-in Elmi Şurası “Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan diferensial əmək haqqı sisteminin tətbiqi haqqında” qaydaları təsdiqləyib.

Qaydaların tətbiqinin məqsədi UNEC-in inzibatı heyətinin xidməti fəaliyyətini obyektiv kriteriyalar əsasında qiymətləndirərək, əməkhaqlarını diferensiallaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq, eləcə də inzibati heyətin fəaliyyətinin UNEC-in inkişaf hədəfləri istiqamətində stimullaşdırılmasını gücləndirməkdir.

Xidməti fəaliyyətin qiymətləndirilməsi nəticəsində formalaşan reytinq siyahısına əsasən, inzibati heyətə sertifikatlar təqdim olunacaq. Növbəti illərdən isə əməkdaşların vəzifə maaşlarına əlavələrin edilməsi nəzərdə tutulur.

Xəbər lenti