Logo

ADNSU-da Daşkənd Kimya-Texnologiya İnstitutu ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

29.09.2022 11:46 269 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Neft-mexanika fakültəsində Özbəkistanın Daşkənd Kimya-Texnologiya İnstitutunun Kimya texnologiyasının proses və aparatları kafedrasının dosenti Abbas Nurmuhəmmədov ilə görüş olub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Kafedra müdirləri, professor və müəllimlərin iştirak etdikləri görüşdə Neft-mexanika fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov əməkdaşlıq məsələləri haqqında məlumat verib.

Sonra ikitərəfli əməkdaşlığın perspektivləri, mübadilə proqramları çərçivəsində tələbə və müəllim heyətinin mübadiləsi, doktorantlara ikili rəhbərlik, müştərək layihələrin işlənməsi, birgə elmi konfransların keçirilməsi və digər məsələlər geniş müzakirə edilib.

Xəbər lenti