Logo

Elm və Təhsil Nazirliyi qrant müsabiqəsi elan edir

29.09.2022 11:06 1050 baxış
IMG

Elm və Təhsil Nazirliyi prioritet istiqamətlər üzrə təhsilin inkişafına xidmət edən ictimai iştirakçılığın təmin edilməsi məqsədilə “2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi elan edir.

Nazirlikdən "Tehsil.biz"ə bildirilib ki, müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu 14 oktyabr 2022-ci il tarixinədək [email protected] elektron poçtu vasitəsilə aparılacaq.

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla aşağıdakı elan vasitəsilə tanış ola bilərsiniz.

“2022/2023-cü illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin elanı

Xəbər lenti