Logo

İgid əsgər... - Xəzər Universitetinin tələbəsi yazır

28.09.2022 20:30 532 baxış
IMG

Tehsil.biz Xəzər Universitetinin üçüncü kurs tələbəsi Əli Ələkbərovun Azərbaycan əsgərinə həsr etdiyi şeiri təqdim edir.

 

            İgid əsgər

 

Qoru vətən torpağını,

Döyüş, qazan, igid əsgər!

Qarabağı fəth etmisən

Tarix yazan igid əsgər.

 

Yardı düşmən səngərlərin,

Vətən, sənin igidlərin.

Mənfur, xain düşmənlərin

Yuxusunu pozan əsgər.

 

Babaların dua səsi,

Sizə verər bu həvəsi.

Oğuzların yetirməsi

Əsli ozan igid əsgər.

 

                                4 Fevral 2021.

Xəbər lenti