Logo

AzMİU-nun tələbələrinin buraxılış işləri beynəlxalq müsabiqədə qalib olub

28.09.2022 16:46 293 baxış
IMG

Memarlıq Təhsilinə Yardım üzrə Regionlararası İctimai Təşkilatın (MOOCAO) rəhbərliyi və Moskva Memarlıq İnstitutunun təşkilatçılığı ilə Kazan şəhərində memarlıq və dizayn üzrə buraxılış işlərinin XXXI baxış-müsabiqəsi keçirilib.

Tehsil.biz xəbər verir ki, müsabiqədə ölkəmizi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin bakalavriat və magistratura pilləsi üzrə təhsil alan tələbələri təmsil ediblər.

Tələbələrin buraxılış işləri yüksək qiymətləndirilərək MOOCAO-nun birinci (32 iş) və ikinci (18 iş) dərəcəli diplomlarına layiq görülüb. Tələbələrdən Fərəh Talışıniskayanın işi Moskva Memarlıq İnstitutunun, Nərmin Xəlilovanın işi isə Rusiya Memarlar İttifaqının əlavə diplomları ilə təltif olunub.

Memarlığın müxtəlif istiqamətləri, şəhərsalma, dizayn və bərpa üzrə təqdim edilən buraxılış işlərindən bir neçəsi işğaldan azad edilmiş ərazilərimizlə bağlı olub. Bu işlərdən “Şuşa şəhərində Qarabağın mədəni irsi muzeyi”, “Qarabağın (Şuşa, Ağdam, Laçın, Xocalı) memarlıq irsinin qorunması”, “Qarabağ memarlıq irsinin mühafizəsi (Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı abidələri timsalında)”, “Zəngilan rayonu, Cahangirbəyli kəndinin yenidən qurulması layihəsi” xüsusi maraqla qarşılanıb və I yerə layiq görülüb.

Qeyd edək ki, müsabiqəyə Azərbaycanla yanaşı, Rusiya, Qazaxıstan, Qırğızıstan, Moldova və Ermənistandan yüzlərlə iştirakçı qatılıb.

Xəbər lenti