Logo

Məktəbdənkənar təhsil müəssisələrində Anım Günü tədbirləri keçirilib - FOTOLAR

28.09.2022 16:25 252 baxış
IMG

Məktəbdənkənar təhsil müəssisələrində 27 sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirlərin əsas məqsədi Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarət olub.
Müəssisələrin pedaqoji və şagird kollektivləri Vətən müharibəsi şəhidlərinin məzarını ziyarət edib.

Uşaq-gənclər inkişaf mərkəzlərində  “And yerimiz, qürur yerimiz”, “Şəhidlər ölməz, Vətən bölünməz”, “Unudulmayan tarix”, “Vətən üçün yaşanılan ömürlər unudulmur...”, “Tarix yazan şəhidlərimiz” , “Qürur tariximiz”, “Qələbəyə gedən yolun başlanğıcı”, “Tarix yazan qəhrəmanlar” adlı “dəyirmi masa”, açıq dərslər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri keçirilib. 

Tədbirlərdə  44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərən əsgər və zabitlər, qazilər, şəhid olmuş əsgər və zabitlərin ailə üzvləri iştirak edib.

Xəbər lenti