Logo

Dövlət xətti ilə xaricdə təhsil alan gənclərin sayı məlum olub

28.09.2022 14:02 298 baxış
IMG

2021/2022-ci tәdris ilinin әvvәlinә dövlәt xәtti ilә xaricdә tәhsil alan azәrbaycanlı tәlәbәlәrin sayı 717 nәfәr olub.

Tehsil.biz xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycan Gəncləri” statistik məcmuəsində yer alıb.

Məlumatda qeyd olunur ki, onların 29 faizi Bakı şәhәrinin, 71 faizi isә digәr şәhәr vә rayonların orta mәktәblәrinin mәzunlarıdır.

“2021/2022-ci tәdris ilinin әvvәlinә Azәrbaycanda 63,1 min tәlәbәnin orta ixtisas tәhsil aldığı 53 dövlәt vә 6 qeyri–dövlәt orta ixtisas tәhsil müәssisәsi vә tәlәbәlәrinin sayı 212,2 min nәfәr olan 40 dövlәt vә 11 qeyri– dövlәt ali tәhsil müәssisәsi fәaliyyәt göstәrir.

Elmi fәaliyyәtlә maraqlanan gәnclәrin bir hissәsi öz tәhsilini fәlsәfә doktorlarının hazırlanması proqramında davam edirlәr. 2022-ci ilin әvvәlinә 117 fәlsәfә doktorlarının hazırlanması proqramını hәyata keçirәn müәssisәlәrdә 2559 nәfәr tәhsil alıb vә onların da 1445 nәfәri vә ya 57 faizi 30 yaşa qәdәr olan gәnclәrdir.

Ölkәnin elmi potensialında da gәnclәrin müstәsna rolu vardır. 2022-ci ilin әvvәlinә tәdqiqat vә işlәmәlәri yerinә yetirәn 134 tәşkilatda tәdqiqat vә işlәmәlәrlә mәşğul olan 14 min nәfәr tәdqiqatçının 1860 nәfәri vә ya 13 faizi 30 yaşa qәdәr olan gәnclәrdir”, - deyə məlumatda qeyd olunur. 

Xəbər lenti