Logo

Oktyabrın 1-də keçiriləcək SAT imtahanı iştirakçılarının NƏZƏRİNƏ

28.09.2022 13:13 84 baxış
IMG

SAT imtahanı 2022-ci il oktyabrın 1-də Dövlət İmtahan Mərkəzinin Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 07:30-dan gec olmayaraq  tələb olunan aşağıdakı sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:

1. Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;

2. Buraxılış vərəqəsi – “Admission Ticket”.

Qeyd olunan sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda iştirakçı test mərkəzinə buraxılmır.

SAT imtahanları haqqında daha ətraflı məlumatı buradan əldə etmək olar.

Xəbər lenti