Logo

Dövlət qulluğu vəzifələri üzrə test imtahanına qeydiyyat davam edir

28.09.2022 10:55 129 baxış
IMG

Dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə oktyabrın 16-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat oktyabrın 6-sı saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək. İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək buraxılış vərəqəsində qeyd olunacaq. Bu gün saat 10:25-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 674 (BA - 164, BB - 509) nəfər qeydiyyatdan keçib.

Xatırladaq ki, imtahan vermək istəyən namizədlərin DİM-in portalında “Şəxsi kabinet”i olmalıdır. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri və ödəniş üsulları DİM-in saytında yerləşdirilib. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

Xəbər lenti