Logo

Onuncu sinif şagirdinin çantasından kobra çıxdı

28.09.2022 09:26 457 baxış
IMG

Hindistanlı müəllim onuncu sinif şagirdinin bel çantasının içində kobra aşkar edib.

Tehsil.biz "Lenta.ru"ya istinadən xəbər verir ki, hadisə Madhya-Pradeş ştatının Şacapur şəhərində yaşanıb.

Belə ki, məktəbə gələn qız müəllimlərə çantasında nəyinsə hərəkət etdiyini deyib. Müəllimlərdən biri onu yoxlayıb və çantanın içində qıvrılmış ilan tapıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Xəbər lenti