Logo

BANM-in tələbələri Anım Günü tədbirində iştirak ediblər - FOTO

27.09.2022 22:35 291 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri Bakı Gənclər Mərkəzinin təşkilatçılığı ilə keçirilən II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş Anım Günü tədbirində iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, tədbirdə dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, şəhid ailə üzvləri, müharibə iştirakçıları, qazilər və gənclər iştirak ediblər.

Əvvəlcə Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Türk Sanat Akademiyasının gənclərinin təqdimatında Vətən müharibəsi qəhrəmanlarına həsr olunmuş “Xeyir xəbər” adlı tamaşa və gənc rəssamların rəsm sərgisi nümayiş etdirilib.

Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva və Türk Sənət Akademiyasının rəhbəri Erhan Ufak Azərbaycan gəncinin vətənə sevgisindən, qalib ölkənin layiqli gəncləri sayəsində doğma torpaqlarımızın cənnətə çevriləcəyindən, Vətən müharibəsi iştirakçılarının döyüş şücaətindən, arxa cəbhədə informasiya savaşında gənclərin rolundan bəhs ediblər.

Tədbirin keçirilməsində məqsəd 44 günlük Şanlı tariximiz olan II Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan əsgər və zabitlərimizin əziz xatirəsini yad etmək, gənclərdə olan vətənpərvərlik hissinin gücünü və müqəddəsliyini nümayiş etdirməkdir.

Xəbər lenti