Logo

Sosial-İqtisadi Kollecdə Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib

27.09.2022 19:55 95 baxış
IMG

27 Sentyabr - Anım Günü ilə bağlı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Sosial-İqtisadi Kollecdə silsilə tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, bu gün ilk dərslər Anım Gününə həsr olunub.

Sonra Kollecin tələbələri Sabunçu rayonunda yerləşən Şəhidlər xiyabanını ziyarət ediblər.

Tələbələr kollecin akt zalında əbədi-bədii proqram təqdim ediblər. Tədbiri açan kollecin direktoru Vidadi Orucov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun qazandığı parlaq Zəfərin tarixi əhəmiyyətindən bəhs edib.

44 günlük Vətən müharibəsinin iştirakçısı olan tələbələr çıxışlarında keçdikləri döyüş yolundan söhbət açıblar.

Kollecin müəllimləri Rasim Abasquliyev, Aynur Ağamalıyeva çıxış edərək Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Sonda Anım Gününə həsr olunmuş rəsm, şeir və inşa nominasiyaları üzrə müsabiqənin nəticələri elan olunub.

Xəbər lenti