Logo

27 Sentyabr - könül candan ayrılmadı...

27.09.2022 19:26 129 baxış
IMG

Vaxtilə Heydər Əliyev "Gülüstan" sarayında Səməd Vurğun ideyasında  "Azərbaycan" epopeyasının proloqu olan eyni adlı şeiri qəlbi, ruhu ilə səsləndirdi: 

"Ayrılarmı könül candan? 
Azərbaycan, Azərbaycan!"

Bir də Vətən qəlbi, Vətəndaş qəlbi 2020-ci il Qarabağın tamlığı, bütövlüyü ilə titrədi:

Ayrılmadı könül candan! 
Bütöv oldu Azərbaycan!

Candan ayrılmayan, can evində xoşbəxt könül Sizə borcludur:

Göyə sovrulmuş küllüyümüzün intiqamını alan ərənlərə... 
Canı, qanı, külü bahasına Vətəni küll (bütöv) halına salan şəhidlərə! 

Əsgər İsmayılov

Xəbər lenti