Logo

Mədəniyyət Nazirliyinin əməkdaşları şəhidlərimizin xatirəsini yad ediblər - FOTO

27.09.2022 17:13 243 baxış
IMG

27 Sentyabr - Anım Günü münasibətilə mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və nazirliyin əməkdaşları Şəhidlər xiyabanına gələrək Azərbaycanın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının ölməz ruhları qarışında ehtiramlarını bildiriblər.

Tehsil.biz xəbər verir ki, daha sonra İkinci Fəxri xiyaban ziyarət olunub.

Şəhidlərimizin əziz xatirəsi yad edilib, məzarları önünə tər qərənfillər düzülüb.

Şəhidlər xiyabanında jurnalistlərə açıqlama verən Elnur Əliyev qeyd edib ki, millət olaraq həmişə şəhidlərimizin xatirəsini uca tutmalı, onların bu yolu seçib şəhid olmaq kimi ali məramlarını dərk etməliyik:

“Bu gün xalqı olaraq hamımız eyni hissləri keçiririk. Öz mədəniyyətimizə, tariximizə sahib çıxırıq. Mən bütün şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyirəm. Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir”, - deyə E.Əliyev bildirib.

Xəbər lenti