Logo

ASAPES-də Anım Gününə həsr olunmuş tədbir keçirilib - FOTO

27.09.2022 16:47 98 baxış
IMG

Sentyabrın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) akt zalında professor-müəllim və tələbələrin, elecə də inzibati heyətin iştirakı ilə II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

Tehsil.biz xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni ilə başlayan tədbirdə Vətən yolunda canlarını fəda edən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra “Zəfər Yolu” adlı film nümayiş olunub.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsinin şəhidləri arasında Akademiyamızın 14 məzununun da adı var. ASAPES-də şəhid məzunların adına fəxri təqaüd təsis olunub və onların hər birinin adı auditoriyalara verilib.

Xəbər lenti