Bu gün Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin Anım Gününə ehtiram əlaməti olaraq Yasamal Rayon İcra Hakimiyyəti və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə BDU-nun Tələbə şəhərciyinin ərazisində ağacəkmə aksiyası keçirilib.
Bu barədə "Tehsil.biz"ə BDU-dan bildirilib.
Ağacəkmə aksiyasında Vətən müharibəsinin iştirakçıları, şəhid valideynləri, Yasamal Rayon İcra Hakimiyyətinin, Bakı Dövlət Universitetinin rəhbərliyi, millət vəkilləri, Yasamal rayonunun idarə və müəssisələrinin nümayəndələri və tələbələri iştirak ediblər.