Logo

UNEC-də Anım Günü qeyd edilib - FOTOLAR

27.09.2022 16:18 84 baxış
IMG

Sentyabrın 27-də Anım Günü münasibətilə UNEC-də tədbir keçirilib.

Universitetdən "Tehsil.biz"ə verilən məlumata görə, UNEC-in şəhid məzun və tələbələrinin xatirəsinə ucaldılan Memorial-Xatirə Kompleksinin önündə keçirilən anım tədbirində şəhid ailələri, qazilər, müharibə iştirakçıları, UNEC-in kollektivi və Xalq artisti Nurəddin Mehdixanlı iştirak ediblər.

Açılışdan öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Dövlət Himni səsləndirilib.

UNEC rektoru, professor Ədalət Muradov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun Vətən müharibəsində əldə etdiyi parlaq qələbədən söz açıb. Bildirib ki, 30 illik torpaq həsrətinə son qoyan, şəhidlərin qanı, canı bahasına əldə etdiyimiz Qarabağ zəfəri Nobel mükafatçısı Aziz Sancarın qeyd etdiyi kimi, “Son 200 ildə Türk dünyasının ən böyük və ən önəmli zəfəridir”. Rektor şəhidlərimizin xatirəsinin daim yad edilməsinin, əbədiləşdirilməsinin, eləcə də onların ailə üzvlərinə diqqət və qayğı göstərilməsinin hər birimizin vətəndaşlıq borcu olduğunu deyib. UNEC-in şəhid olmuş 45 tələbə və məzununun xatirəsinə ucaldılan memorial kompleksin gələcəyimiz üçün vətənpərvərlik abidəsi olduğunu diqqətə çatdırıb.

Xalq artisti Nurəddin Mehdixanlı Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan bəhs edərək, 27 sentyabrın ölkəmiz üçün qələbənin başlanğıc tarixi olduğunu bildirib. Xalqımızın bu haqq savaşında Ali Baş Komandan İlham Əliyevə, rəşadətli ordusuna söykənərək qalib gəldiyini, tarixi torpaqlarımızı düşmən tapdağından azad etdiyini diqqətə çatdırıb. O, şəhidlərimizin həyat yolunun yeni nəsillər üçün bir örnək, vətənpərvərlik və fədakarlıq nümunəsi olduğunu vurğulayıb.

Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan kapitanı Şəmsəddin Qurbanov, UNEC-in tələbəsi, Vətən müharibəsi qazisi Xəyyam Qədiməliyev respublikamızın ərazi bütövlüyünün bərpası uğrunda aparılan döyüşdən bəhs ediblər. Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını, vətənə, xalqa, dövlətə bundan sonra da sədaqətlə xidmət edəcəklərini qeyd ediblər.

Sonra UNEC-in şəhid məzunları Əhmədağa Novruzov, Yusif Mirzəyev, Teymur Məcidzadə, Hikmət Şıxməmmədov, Mahir Mirzəyev, Anar Qarayev və Əsəd Əsədlinin valideynləri çıxış edərək, övladlarının qanının yerdə qalmadığından, rəşadətli ordumuzun onların intiqamını döyüş meydanında aldığından təsəlli tapdıqlarını və övladları ilə qürur duyduqlarını bildiriblər.

Tədbirdə tələbələr şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Anım mərasimi “Xudayar təsnifi”nin səsləndirilməsi ilə başa çatıb.

UNEC-də Anım Günü qeyd edilib - FOTO

UNEC-də Anım Günü qeyd edilib - FOTO

UNEC-də Anım Günü qeyd edilib - FOTO

UNEC-də Anım Günü qeyd edilib - FOTO

UNEC-də Anım Günü qeyd edilib - FOTO

UNEC-də Anım Günü qeyd edilib - FOTO

Xəbər lenti