Logo

BDU kollektivi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib - FOTO

27.09.2022 15:37 260 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) kollektivi 27 sentyabr – Anım Günü münasibətilə Fəxri xiyabanı, Şəhidlər xiyabanını və II Fəxri xiyabanı ziyarət edib

Tehsil.biz xəbər verir ki, BDU kollektivi Ulu öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini ehtiramla anaraq, məzarları üzərinə əklil və gül dəstələri qoyublar.

BDU-nun 2 saylı tədris binasının qarşısında şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə də gül dəstələri düzülüb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Vətən müharibəsində BDU-nun 19 məzunu şəhid olub. Saat 12.00-da bütün ölkə ərazisində olduğu kimi, BDU-da da 1 dəqiqəlik sükut elan edilib.

Xəbər lenti