Logo

ASAPES-də 27 sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib - FOTOLAR

27.09.2022 15:05 106 baxış
IMG

27 sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) professor, müəllim və tələbə heyətinin iştirakı ilə konfrans zalında dəyirmi masa keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbiri giriş sözü ilə Sosial elmlər kafedrasının müdiri Lalə Əhmədova açıb və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə AMEA-nın Elm Tarixi İnstitutunun “Tarixşünaslıq və mənbəşünaslıq” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Ziyad Əmrahov və AMEA-nın Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunun “Azərbaycan tarixi, coğrafiyası və demoqrafiyası” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Zəfər Kərimov tələbələrə 44 günlük Vətən müharibəsi və onun ölkəmiz üçün olan uğurlu nəticələri haqqında danışıblar.

ASAPES SABAH IV kurs tələbələri Bilal Əsgərzadə və Zeynəb Ağaşova vətənpərvərlik ruhunda şeir söyləyərək, xalqımızın Qarabağ həsrətinə son qoymaqla qalib ölkənin vətəndaşı olmaq sevincini bizə yaşadan şəhidlərimizə rəhmət diləyiblər.

Tədbirin sonunda ASAPES Media Mərkəzi tərəfindən hazırlanmış videoçarx dəyirmi masa iştirakçılarına nümayiş etdirilib.

Xəbər lenti