Logo

BSU-da 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbirlər keçirilib - FOTOLAR

27.09.2022 13:21 219 baxış
IMG

Sentyabrın 27-də Bakı Slavyan Universitetində  44 günlük Vətən müharibəsi şəhidlərinin anım gününə həsr edilmiş tədbirlər keçirilib.

Tehsil.biz xəbər verir ki, öncə BSU-nun rəhbərliyi, əməkdaşları və tələbələri Fəxri xiyabanda Umummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər, məzarı önünə əklil və gül dəstələri qoyaraq, xatirəsini dərin ehtiramla yad ediblər.

BSU kollektivi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad edərək, məzarları üzərlərinə gül dəstələri düzüblər.

“BSU-nun 27 Sentyabr –Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində bu gün auditoriyalarda ilk dərslərdə Vətən müharibəsinə həsr edilmiş söhbətlər aparılıb. Eyni zamanda, universitetin foyesində Vətən müharibəsi şəhidlərinə aid kitab sərgisi, əcnəbi və yerli tələbələrin Qənimətlər Parkına ziyarəti təşkil olunub.

Bununla yanaşı, BSU-da Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xəbər lenti