Logo

İqtisadiyyat İnstitutunun əməkdaşları II Fəxri Xiyabanı ziyarət ediblər

27.09.2022 12:25 211 baxış
IMG

27 Sentyabr - Anım Günü ilə əlaqədar Elm və Təhsil Nazirliyi yanında İqtisadiyyat İnstitutunun kollektivi II Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüb.

Bu barədə İqtisadiyyat İnstitutundan məlumat verilib.

Respublikamızın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın xatirəsi anılıb. Şanlı Ordumuzun gücü, qüdrəti ilə torpaqlarımız düşmən işğalından azad olundu, biz Böyük Zəfər qazandıq. Gələcək nəsillərə də həmişə örnək olacaq, tariximizə yeni bir qəhrəmanlıq səhifəsi yazan bu Zəfərlə qürur duyuruq. Xalqımız şəhidlərimizin, qəhrəman övladlarımızın xatirəsini həmişə uca tutacaq, onlar qəlblərdə əbədi yaşayacaqlar.

Xəbər lenti