Logo

BDU könüllüləri ilə görüş keçirilib

27.09.2022 11:58 124 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev BDU-nun ictimai həyatında fəal iştirak edən könüllülərlə görüşüb.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib. Bildirilib ki, görüşdə rektor E.Babayev ölkəmizdə son illər könüllülük hərəkatının geniş vüsət aldığını, BDU könüllülərinin bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb.

Rektor qeyd edib ki, BDU könüllüləri “ASAN xidmət”, “Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi və digər təşkilatların könüllüləri ilə sıx əməkdaşlıq edir.

E.Babayev BDU-nun struktur bölmələrində və fakültələrində çalışan könüllü tələbələrin fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, gəncləri yeni təşəbbüslər irəli sürməyə çağırıb. Qeyd olunub ki, BDU könüllülərinin bir hissəsi universitetin inzibati şöbələrinə təhkim olunub və təcrübə əldə ediblər. Onlardan bəziləri artıq universitetdə işlə təmin olunub. Bu, digər könüllülər üçün də stimuldur.

“BDU könüllüləri” qrupu 2020-ci ildə yaradılıb. Hazırda qrupun 730-dan artıq üzvü var.

Xəbər lenti