Logo

Faciəli şəkildə ölən şəxs Milli Aviasiya Akademiyasının baş mühasibinin oğlu imiş

27.09.2022 09:25 133 baxış
IMG

Heydər Əliyev Beynəlxalq Hava Limanında faciəvi şəkildə ölən Prokofyev İqor Vladimiroviçin vəzifəli şəxsin oğlu olduğu məlum olub.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, o, Milli Aviasiya Akademiyasının mühasibat şöbəsinin rəisi - baş mühasib Svetlana Prokofyevanın oğludur.

Qeyd edək ki, sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Hava Limanında kran aşıb. Hadisə nəticəsində paytaxt sakini Prokofyev İqor Vladimiroviç ölüb. Nuriyev Zaur Tofiq oğlu isə xəsarət alıb, o, ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti