Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb. İnstitutun əməkdaşları 27 Sentyabr - Anım Günü ilə əlaqədar II Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin məzarları önünə gül dəstələri düzüblər.
Tehsil.biz xəbər verir ki, Vətən müharibəsində şanlı Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi, Böyük Qələbə qazandıq. Bu Zəfər bizim vətənpərvər, mərd, azadlıqsevər bir xalq olduğumuzu dünyaya bir daha göstərdi.
Xalqımız şəhidlərimizin xatirəsini həmişə uca tutacaq. Şəhidlərin xatirəsi könüllərdə yaşayır.