Logo

Şəmsəddin Şəmsinin “Dəh Mürğ” poemasının əlyazma nüsxələri əldə olunub

26.09.2022 22:35 96 baxış
IMG

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov indiyədək ədəbiyyat tariximizə məlum olmayan, Şəmsəddin Şəmsi və ya Dərviş Şəmsi adı ilə tanınmış, XV-XVI əsr Azərbaycan şairinin “Dəh Mürğ” (On quş) poemasının 5 əlyazma nüsxəsini əldə edib.

Tehsil.biz xəbər verir ki, Təzkirələrdə verilən məlumata görə, şair Azərbaycanda doğulub, sonralar Türkiyəyə köçüb. Əsər əvvəlcə Osmanlı imperatoru Sultan Səlimə, onun ölümündən sonra isə düzəlişlər edilərək Sultan Süleyman Qanuniyə ithaf edilib. Fəridəddin Əttarın “Məntiq üt-teyr” poemasının təsiri ilə Azərbaycan dilində yazılmış bu əsərin əlyazmalarının surətlərinin ikisi Paris Milli Kitabxanasından, biri ABŞ Konqres kitabxanasından, biri İstanbul Universitetinin, biri isə Almaniyanın Leypsiq Universitetinin kitabxanalarından əldə olunub.

Əldə olunan əlyazmaların elektron versiyası ilə institutun oxu zalında tanış olmaq mümkündür.

Xəbər lenti