Logo

ADNSU-nun istehsal müəssisələri ilə əməkdaşlığı tələbələrin təcrübəkeçmə imkanlarını genişləndirir

26.09.2022 20:59 241 baxış
IMG

Sentyabrın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının müdiri, professor Fariz Əmirov, dosentlər İbrahim Mövlayev, İradə Abdullayeva, Gülnarə Əliyeva, Xəyalə Seyidova və kafedranın digər əməkdaşları Tekoplast şirkətində olublar.  Polimer kompozisiyalar və lambri istehsalına görə Tekoplast qabaqcıl şirkətlərdən biridir.

Tehsil.biz xəbər verir ki, Universitetin əməkdaşları şirkətin istehsal sahəsində qurğu və avadanlıqların işləmə prinispləri ilə tanışlıqdan sonra tələbələrin burada istehsalat və günlük təcrübələrinin təşkili, buraxılış işləri mövzularının müzakirəsi və elmi işlərin aparılması ilə bağlı məsələləri müzakirə ediblər. Qeyd olunub ki, burada ixtisasa uyğun olaraq ADNSU tələbələrinə təcrübə keçməsi üçün geniş şərait var və tələbələr nəzəri biliklərini çoxsaylı sahələr üzrə ixtisaslaşmış bu müəssisdə praktiki olaraq sınaqdan keçirə biləcəklər.

 

 

 

 

 

 

  

Xəbər lenti