Ramiz Mehdiyev indi də Nyu-York Elmlər Akademiyasının üzvünə yüksək vəzifə verdi. AMEA prezidenti 73 yaşlı Əbülfəz Babayevi Azərbaycan Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkına Baş direktor təyin edib. Ə. Babayev 2005-ci ildən 2016-cı ilə kimi Sumqayıt Bələdiyyəsinin sədri olub. Nyu-York Elmlər Akademiyasının üzvüdür.
Sumqayıt Bələdiyyəsini başa düşdük. Ramiz Mehdiyev də Nyu-York Elmlər Akademiyasının üzvüdür. Ramiz Mehdiyevin həmin Akademiyaya üzv olmasına Politoloq Eldar Namazovun maraqlı münasibəti olmuşdu: "AMEA-nın rəsmi saytında Ramiz Mehdiyevin tərcümeyi-halı yerləşdirilib.
Orada iki dəfə qeyd olunub ki, Ramiz Mehdiyev 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının üzvü seçilib. Bəs bu Nyu-York Elmlər Akademiyası nə təşkilatdır? Prezidentin köməkçisi vəzifəsində işləyəndə bu təşkilatdan mənə məktub gəlmişdi. Orada qeyd edilirdi ki, əgər 100 dollar ödəsəniz akademik titulu ala bilərsiniz. 100 dollara sadə kağız, bir az artıq məbləğə isə çərçivənin içində diplom verilir. həmin təşkilatın rəsmisi deyir ki, bizdə seçki olmur. Kim pul ödəyirsə, ona diplom veririk.
Jurnalist təəccüblə soruşur ki, kim istəsə akademik ola bilər? O da cavab verir ki, bəli. Daha sonra jurnalist deyir ki, mənim nəvəm var, orta məktəbdə oxuyur, o da akademiyaya üzv ola bilər. Təşkilatın rəsmisi bildirir ki, bəli və əlavə edir ki, bizdə akdemiyanın üzvü olan şagirdlər də var. Beləliklə, aydın olur ki, bu təşkilat sadəcə diplom satmaqla məşğuldur və bu adamların saxta diplom satanlardan fərqi yoxdur".
Etibar Əliyev
Milli Məclisin deputatı