Logo

Beynəlxalq turnirdə uğurlu nəticə əldə edilib

26.09.2022 19:10 287 baxış
IMG

19-25 sentyabr 2022-ci il tarixlərində Gürcüstanın paytaxtı Tbilisi şəhərində stolüstü tennis idman növü üzrə yeniyetmələr arasında “WTT YOUTH CONTENDER TBILISI” beynəlxalq turniri keçirilib.

Tehsil.biz xəbər verir ki, 18 ölkənin qatıldığı, müxtəlif yaş kateqoriyaları üzrə qızlar və oğlanlar arasında keçirilən turnirdə  “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin idmançıları Yağmur Məmmədli qızıl, Mərziyyə Nurmətova gümüş, Aylin Əsgərova və  13 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin  idmançıları Adil Əhmədzadə, Onur Quluzadə bürünc medal qazanıb.

Qeyd edək ki, yeniyetmələrdən ibarət milli komandanın tərkibində yarışa cəlb olunan tennisçilərin hamısı Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançıları olub.

Xəbər lenti