Logo

Rektor Erasmus+ mübadilə proqramının məzunları ilə görüşdü

26.09.2022 17:42 225 baxış
IMG

2016-cı ildən Danimarkanın Kopenhagen Universitet Kolleci (UCC) ilə Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında Erasmus+ proqramı çərçivəsində tələbə-heyət mobilliyini həyata keçirmək məqsədilə bağlanmış müqavilə çərçivəsində tərəfdaş universitetlə (UCC) nəzərdə tutulan tələbə-müəllim heyəti mobilliyi uğurla yerinə yetirilir.              

Tehsil.biz xəbər verir ki, Sentyabrın 26-da ADPU-nun rektoru profressor Cəfər Cəfərov 2021/2022-ci tədris ilinin  yaz semestri (5 ay)  ərzində Erasmus+ KA1 mübadilə proqramı xətti ilə  Danimarkanın UCC Universitetində mübadilə proqramında iştirak edən sosial iş ixtisasının builki məzunu Elmir Abbasov, İbtidai sinif müəllimliyi ixtisasının ingilis bölməsi üzrə IV tədris ili tələbəsi Səbinə Tağıyeva, Korreksiyaedici təlim ixtisasının III tədris ili tələbələri  Yamən Əliyeva və Hamed Noroozi ilə görüş keçirib.

Görüşdə həmçinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova da iştirak edib. 
Görüş əsnasında qeyd olundu ki, ADPU-nun xarici universitetlərlə əlaqələri genişləndirilir və bu proqramlardan yararlanan müəllim və tələbə heyəti ölkəmizn təhsil həyatına yeni töhfələr verəcək. 
Proqramda iştirak edən tələbələr də öz təəssüratlarını bölüşərək qazandıqları təcrübələrdən bəhs edib, universitetdə və təhsil sistemimizdə müsbət dəyişikliklərdə yaxından iştirak etmək üçün biliklərini əsirgəməyəcəklərini bildiriblər.

 

Xəbər lenti