Logo

LDU-nun böyük elmi uğuru

26.09.2022 17:01 929 baxış
IMG

Yeni-2022/2023-cü tədris ili Lənkəran Dövlət Universiteti (LDU) üçün əlamətdar hadisələrlə başlayıb. Ötən həftə universitetin yeni tədris korpusunun təntənəli açılış sevincinə bu gün daha biri əlavə olunub.

Tehsil.biz xəbər verir ki, Lənkəran Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalının “Humanitar elmlər” seriyası dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına daxil edilib.

Xatırladaq ki, jurnal eləcə də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) dövri elmi nəşrləri siyahısına da daxildir.

Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov bu uğuru LDU-nun fəaliyyətə başlamasının 30 illiyinə dəyərli töhfə kimi dəyərləndirir: “Lənkəran Dövlət Universitetinin maddi-texniki bazasının yenilənməsini, universitetin modern ali təhsil müəssisəsinə çevrilməsini bir məqsəd kimi qarşıya qoyduq və bu istiqamətdə  çoxşaxəli fəaliyyətə start verilib.

Artıq əldə edilən ürəkaçan nəticələr göz qabağındadır. Yeni inşa olunmuş 3 tədris korpusu, 153 nəfərlik yataqxana  binası, tam rekonstruksiya olunmuş Elmi kitabxana, xaricdən alınmış tədris laboratoriyaları, Turizm tədris bazası, aqrar ixtisaslarda oxuyan tələbələr üçün təcrübi biliklərini artırmaları məqsədilə yaradılmış tədris-təcrübə bazası, ehtiyacı olan müəllimlər üçün xidməti evlər. Bu siyahını uzatmaq da olar. Amma mən bu gün Lənkəran Dövlət Universitetinin  “Elmi Xəbərlər” jurnalının “Humanitar elmlər” seriyasının  dünyanın nüfuzlu beynəlxalq indeksləmə sistemi olan “İNDEKS COPERNİCUS” bazasına daxil edilməsini  böyük elmi uğur, fəaliyyətimizin əməli nəticəsi hesab edir, bu münasibətlə universitetin bütün kollektivini ürəkdən təbrik edirik.

Sevincimiz kimi, hədəflərimiz də böyükdür. LDU-nun dünyanın reytinqli ali təhsil müəssisələri sırasına daxil olması  istiqamətində işlərimizi davam etdirəcək,  bu amal uğrunda  var qüvvə ilə çalışacağıq”.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetinin “Elmi Xəbərlər” jurnalının “Humanitar elmlər” seriyası ildə iki dəfə çap olunur və məqalə qəbulu il üzrə mütəmadi şəkildə aparılır. 

Xəbər lenti