Logo

ADU tələbələrinin növbəti dərsi açıq havada olub

26.09.2022 16:06 249 baxış
IMG

ADU tələbələrinin növbəti dərsi açıq havada olub.

Tehsil.biz xəbər verir ki, Sentyabrın 22-də Azərbaycan Dillər Universitetinin Təhsil 2 fakültəsi, Psixologiya kafedrasının nəzdində fəaliyyət göstərən “ADU” Psixoloji Xidmət mərkəzinin rəhbəri və həmin kafedranın müəllimi Ceyhunə Dəmirovanın universitetin TSPX 331-ci qrup tələbələrinə növbəti dərsi açıq havada olub.

Mövzusu “Şəxsiyyətin strukturu” olan dərs qrup terapiyası formatında interaktiv təlim metodu ilə keçirilib.

Dərs prosesində əldə etdikləri nəzəri biliklərini möhkəmləndirmək məqsədilə praktik tapşırıqları həll edən tələbələr dərsin interaktiv metodla keçirilməsindən razı olduqlarını və davamalı olmasını istədiklərini bildiriblər.

Xəbər lenti