Logo

Amerikalı tədqiqatçı Azərbaycan İlahiyyat İnstitutunda məruzə oxuyub - FOTOLAR

26.09.2022 12:56 332 baxış
IMG

Amerikalı dinşünas tədqiqatçı Ceyzn Con Batler (Jason John Butler) Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Rəbb izzətə layiqdir” mövzusunda məruzə oxuyub.

Tehsil.biz xəbər verir ki, Aİİ İlahiyyat fakültəsinin dekanı, dosent Elnurə Əzizova məruzəçini təqdim edərək, müxtəlif dinlərin tədris və tədqiq olunduğu ali təhsil müəssisəsində yerli və əcnəbi elm xadimlərinin məruzələrinin dinlənilməsinin bir ənənəyə çevrildiyini bildirib.

Daha sonra çıxış edən Ceyzn Con Batler məruzəsində müasir dövrdə dinlərarası münasibətlərin inkişafında mühüm rolu olan ortaq dini dəyərlərin tədqiq olunmasının vacibliyini qeyd edib. O bildirib ki, dünyanın iki ən geniş yayılmış İslam və Xristianlıq dinlərində dövlətlərarası və mədəniyyətlərarası zəmində münasibətlərin müsbət inkişafına töhfə vermək qlobal səviyyəli dinmənşəli münaqişələrin həlli üçün böyük əhəmiyyət kəsb edir. Mövzu ilə əlaqəli olaraq məruzəçi Quranmənşəli “Allahu-Əkbər” konsepsiyası ilə Zəburmənşəli “Rəbb izzətə layiqdir” konsepsiyalarının müqayisəli təhlilini apararaq, həm müsəlmanların, həm də xristianların həyatındakı bu amilin rolundan bəhs edib.

Qeyd edək ki, tədbirin sonunda İnstitut tələbələrinin mövzu ilə əlaqəli sualları cavablandırılıb.

Xəbər lenti