Logo

Azərbaycanlı tələbə dünya çempionu oldu - FOTO

26.09.2022 09:47 142 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Türk Dünyası İqtisad Fakültəsinin tələbəsi Astan Qasımov dünya çempionu olub.

Bu barədə "Tehsil.biz"ə UNEC-dən bildirilib.

Belə ki, Azərbaycanın karate üzrə milli yığma komandasının və FHN-in İdman sağlamlıq klubunun karate komandasının  üzvi olan Astan Qasımov Çexiya Respublikasının Pardubitse şəhərində Dünya Şotokan Karate Federasiyasının təşkilatçılığı ilə keçirilən karate idman növü üzrə 12-ci Dünya çempionatında iştirak edib.

Astan Qasımov yarışda 18-21 yaş aralığı üzrə qalib olaraq, dünya çempionu adını qazanıb.

Xəbər lenti