Logo

“Peşə seçimində özünü kəşf et” layihəsinin açılışı olub - FOTOLAR

26.09.2022 09:18 365 baxış
IMG

Qazax-Tovuz Regional Təhsil İdarəsinin tabeçiliyində olan Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi" çərçivəsində icra edilən “Peşə seçimində özünü kəşf et" adlı layihənin açılış mərasimi keçirilib. 

Tehsil.biz xəbər verir ki, "Peşə seçimində özünü kəşf et” adlı layihə çərçivəsində təşkil olunmuş tədbirdə Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmaliyev, məktəbin direktor və müəllimləri, Ağstafa rayon üzrə təhsil sektorunun nümayəndələri, layihə rəhbəri Şəfəq Heydərli,  təlimçilər Kəbirə Eminova, Vüsalə Babayeva və layihə iştirakçıları olan şagirdlər iştirak ediblər. 

Mərasim zamanı layihə rəhbəri və təlimçilər layihə haqqında geniş məlumat veriblər. Şagirdlər və qonaqlar üçün videoslayd  təqdim olunub. Çıxış edən qonaqlar layihənin əhəmiyyətindən, aktuallığından və şagirdlər üçün vacibliyindən danışıblar.

Ağstafa rayonu Gənclər və idman idarəsinin rəisi Əziz Məsmaliyev layihənin əhəmiyyətinin  nəinki şagirdlər üçün, eyni zamanda bütün  gənclər üçün böyük olduğunu vurğulayıb.  

Sonda təqdimat iştirakçıları ilə mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, layihənin  məqsədi Ağstafa rayonu X.Mirzəyev adına Qıraq Kəsəmən kənd tam orta məktəbin 8, 9 və 10-cu sinif şagirdlərini peşə seçiminə düzgün  yönləndirmək, onlara  doğru yol göstərmək və bu istiqamət üzrə inkişafa nail olmaqdır.

Xəbər lenti