Bakının Yasamal rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Tehsil.biz xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində sərnişin, 2012-ci il təvəllüdlü Əhmədli Həbib Ramin oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ ayağın sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.