Logo

BDU-nun Mexanika-riyaziyyat fakültəsində növbəti elmi seminar keçiriləcək

24.09.2022 16:21 102 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində sentyabrın 29-da “İkinci tərtib parabolik tənliklər üçün qeyri-lokal şərtli tərs sərhəd məsələləri” mövzusunda elmi seminar keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Seminarda Diferensial və inteqral tənliklər kafedrasının elmlər doktoru proqramı üzrə doktorantı, dosent Elvin Əzizbəyovun mövzu üzrə məruzəsi dinləniləcək.

Məruzədə tərs məsələlər, onların təsnifatı və tətbiq sahələri haqqında məlumat veriləcək, birölçülü və ikiölçülü parabolik tənliklər üçün həm zaman, həm də fəza dəyişənlərinə görə qeyri-lokal şərtli tərs sərhəd məsələlərinin klassik həllinin varlığı və yeganəliyi göstəriləcək. Sonra baxılan tərs məsələlərə uyğun bəzi ədədi nümunələr veriləcək, onların MatLab riyazi proqram paketindən istifadə etməklə ədədi həlləri və qrafikləri nümayiş olunacaq.

Xəbər lenti