Logo

Rəşad Məcid Mətbuat Şurasının sədri seçildi

24.09.2022 15:18 232 baxış
IMG

Rəşad Məcid Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib.

Tehsil.biz xəbər verir ki, bu gün Jurnalistlərin VIII qurultayı çərçivəsində həyata keçirilən səsvermədə “525-ci qəzet”in baş redaktoru, şair, publisist Rəşad Məcid Mətbuat Şurasının sədri seçilib.

Qeyd edək ki, R.Məcid bu postda Şuraya 19 il rəhbərlik etmiş Əflatun Amaşovu əvəz edib. Qurultayda həmçinin MŞ-nin 23 nəfərdən ibarət İdarə Heyətinin yeni tərkibi də seçilib. Bunlardan 14-ü jurnalist, 9-u isə ictimaiyyət nümayəndələridir.

Xəbər lenti