Logo

FHN-in Akademiyasında beynəlxaq təlim kursu keçirilib - FOTOLAR

24.09.2022 12:45 118 baxış
IMG

19-22 sentyabr 2022-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Avropa İttifaqının “Təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması, hazırlıq və cavab tədbirləri” üzrə şərq proqramının (PPRD East3) 3-cü fazası çərçivəsində Azərbaycan FHN-in təşkilatçılığı və Finlandiyanın Fövqəladə Hallar Xidmətləri Akademiyası və İsveçin Mülki Müdafiə Agentliyinin tərəfdaşlığı ilə Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi üzrə beynəlxaq təlim kursu keçirilib.

Tehsil.biz xəbər verir ki, təlim kursunun keçirilməsinin əsas məqsədi Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi, onun məqsədləri, metodları, o cümlədən onunla əlaqəli Avropa İttifaqının strukturları, imkanları, əsaslandığı fəlakət risklərinin idarəedilməsi prinsipləri, bu Mexanizm çərçivəsində modul və ekspertlərin fəlakətlərdən zərər çəkmiş ölkələrə göndərilən zaman tətbiq olunan yanaşma və prinsiplər, məlumatların idarə edilməsi və əməliyyatlarla əlaqəli maddi-texniki təchizatla bağlı məsələlərin əsas konsepsiyaları barədə iştirakçılara məlumat verməkdən ibarət olub.

Beynəlxalq təlim kursuna Azərbaycanın Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri, eləcə də Finlandiyanın Fövqəladə Hallar Xidmətləri Akademiyası, İsveçin Mülki Müdafiə Agentliyi, Gürcüstanın Fövqəladə Halların İdarəedilməsi Xidməti və Moldovanın Fövqəladə Hallar üzrə Baş İdarəsinin mütəxəssisləri qatılıblar.

FHN-in Akademiyasında beynəlxaq təlim kursu keçirilib

FHN-in Akademiyasında beynəlxaq təlim kursu keçirilib

FHN-in Akademiyasında beynəlxaq təlim kursu keçirilib

FHN-in Akademiyasında beynəlxaq təlim kursu keçirilib

FHN-in Akademiyasında beynəlxaq təlim kursu keçirilib

Xəbər lenti