Logo

Botanika İnstitutu Yakın Doğu Universiteti ilə əməkdaşlıq edəcək

24.09.2022 10:15 104 baxış
IMG

Türkiyənin Yakın Doğu Universitetinin professoru Salih Yücel Botanika İnstitutunda olub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun baş direktoru professor Səyyarə İbadullayeva və əməkdaşların iştirakı ilə keçirilən görüşdə qonağa elmi müəssisənin tədqiqat istiqamətləri, beynəlxalq əlaqələri, həyata keçirilən müştərək layihələr, qırmızı siyahı üzrə bitkilərin IUCN qiymətləndirilməsi haqqında ətraflı məlumat verilib.

Professor S.Yücel institutun əməkdaşlıq perspektivlərini yüksək qiymətləndirərək gələcəkdə biomüxtəlifliyin öyrənilməsi üzrə müştərək layihələrin təşkili, birgə tədqiqatların aparılması, kadr və təcrübə mübadiləsi üzrə geniş imkanlar olduğunu vurğulayıb.

Elmi əlaqələri genişləndirmək üçün əməkdaşlıq memorandumunun imzalanması məsələsi müzakirə olunub.

Sonra müxtəlif mövzularda elmi məruzələr dinlənilib, “Qırmızı kitab”da bitkilərin qiymətləndirilməsi yolları ətrafında müzakirələr aparılıb.

Xəbər lenti