Logo

"Tarzan” filminin aktrisası vəfat edib

24.09.2022 09:59 286 baxış
IMG

"Tarzan” filminin aktrisası Sara Şeyn vəfat edib.

Tehsil.biz xəbər verir ki, aktrisa iyulun 31-də, 94 yaşında, Avstraliyada dünyasını dəyişsə də, bu, indi məlum olub. Onun ölümü ilə bağlı təfərrüatlar açıqlanmayıb.

Qeyd edək ki, Sara ekranlarda 1948-ci ildə “Pasxa paradı” filmindəki baş rolu ilə debüt edib. O, "Tarzanın böyük macərası", "Kral və dörd kraliça", "Möhtəşəm vəsvəsə", "Bütpərəstliyin nişanəsi" kimi ekran işlərində rol alıb.

Aktrisanın Ceymi adlı bir oğlu var.

Xəbər lenti