Logo

Tarix İnstitutunda “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq konfrans keçiriləcək

23.09.2022 20:45 230 baxış
IMG

Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı kimi yeri və rolunun ümumdünya miqyasında nəzərdən keçirilməsi həm elmi-idraki, həm də təcrübi baxımdan əhəmiyyətə malikdir. Bunu nəzərə alaraq Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu “Şuşa-270: dünya mədəniyyət mərkəzləri kontekstində” mövzusunda beynəlxalq elmi konfrans keçirəcək.

Bu barədə Tarix İnstitutundan məlumat verilib.

Bildirilib ki, konfrans dekabrın 5-6 tarixlərində baş tutacaq.

Konfransda bir neçə panel üzrə məruzələr dinlənilməsi və müzakirələr aparılması planlaşdırılır.

Xəbər lenti