Logo

Bərdədə direktorun müəllimdən pul alması təsdiqini tapmayıb - RƏSMİ

23.09.2022 19:04 139 baxış
IMG

Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbin direktoru Gülnarə Əliyevanın müəllimdən pul tələb etməsi ilə bağlı yayılan səs yazısına aydınlıq gətirilib.

"Tehsil.biz"in məlumatına görə, Qarabağ Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, səs yazısı uzun müddət öncə və qərəzli olaraq yazılıb.

“Aparılan araşdırma zamanı direktorun pul alması faktı təsdiqini tapmayıb. Məlum olub ki, məktəbin müəllimi Dursun Babayeva çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Bu səbəbdən də davamlı olaraq guya ədalətsiz dərs bölgüsü, pul yığımı aparıldığına dair regional təhsil idarəsinə də müraciət edir. Məktəbin pedaqoji heyətindən izahatlar alınıb. Onlar da müəssisədə belə bir neqativ halın olmasını inkar ediblər”, - deyə bildirilib.

Xəbər lenti