Logo

BDU-nun şəhid məzunu Erkin Hüseynovun məzarı ziyarət olunub

23.09.2022 18:37 265 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) bir qrup tələbəsi Gəncə şəhərində Universitetin şəhid məzunu Erkin Hüseynovun məzarını ziyarət edib.

Tehsil.biz xəbər verir ki, BDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Hacıbaba Mustafayev və təşkilatın fəal üzvləri Erkin Hüseynovun valideynlərinə mərd, cəsur oğul böyütdükləri üçün öz minnətdarlıqlarını bildirib, bütün Azərbaycan xalqının onunla fəxr etdiyini qeyd ediblər. Daha sonra tələbələr Erkin Hüseynovun məzarı önünə əkil qoyub, ruhu qarşısında baş əyiblər.

Qeyd edək ki, Erkin Hüseynov Ermənistanın genişmiqyaslı təxribatının qarşısını alarkən qəhrəmancasına həlak olub. Erkin Hüseynov BDU-nun Sosial elmlər və psixologiya fakültəsini bitirib. O, 2016-2020-ci illərdə Fəlsəfə ixtisası üzrə təhsil alıb.

Xəbər lenti