Bakıda baş verən dəhşətli yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin kimliyi məlum olub.
"Tehsil.biz"in məlumatına görə, ölənlərdən biri Dövlət Gömrük Akademiyasının işçisi, biri isə tələbəsidir.
Hadisə zamanı akademiyanın işçisi, 1975-ci il təvəllüdlü Mikayılova Əntiqə Usubalı qızı və oranın II kurs tələbəsi, 2004-cü il təvəllüdlü Əzizli Elvin Şahin oğlu vəfat ediblər:
15:34
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Tehsil.biz Manset.az-a istinadən xəbər verir ki, Sabunçu rayonunda Dövlət Gömrük Akademiyasının qarşısında yolu keçmək istəyən iki tələbəni avtomobil vurub. Nəticədə tələbələr dünyasını dəyişiblər. Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.
Ölənlərin şəxsiyyətləri dəqiqləşdirilir. Dünyasını dəyişən şəxslərin Dövlət Gömrük Akademiyasının tələbələri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.