Logo

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır

23.09.2022 12:21 428 baxış
IMG

Beynəlxalq STEAM Azərbaycan Festivalına qeydiyyat aparılır.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin dəstəyi ilə STEAM Azərbaycan layihəsi çərçivəsində dekabrın 5-dən 9-dək Bakı Ekspo Mərkəzində "Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022" keçiriləcək. Festival 10 yarış və 1 sərgi kateqoriyası üzrə təşkil olunacaq.

Qeydiyyat oktyabrın 31-dək davam edəcək.

Xəbər lenti