Logo

İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu Əsasnaməsi təsdiq ediləcək

23.09.2022 12:00 129 baxış
IMG

İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutunun (SMİC) Əsasnaməsi” təsdiq ediləcək.

Tehsil.biz "APA"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb və parlamentin plenar iclasına tövsiyə edilib.

Sənəddə qeyd edilib ki, “İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMİC) İslam Əməkdaşlıq Təşkilatının (İƏT) tərkib hissəsidir.

İnstitutun Baş Ofisi Baş Assamableya tərəfindən digər qərar verilməyənədək Türkiyə Respublikasının İstanbul şəhərində yerləşəcək.

İnstitutun strukturu aşağıdakı qurumlardan ibarətdir:

- Baş Assambleya

- İdarə Heyəti

- Standartlaşdırma üzrə İdarəetmə Şurası

- Metrologiya Şurası

- Akkreditasiya Şurası

- Daimi Məşvərətçi komitə

- Katiblik.

İnstitutun əsas məqsədləri üzv dövlətlərin standartları həyata keçirməsinə səy göstərmək və standartlaşmada əhatə olunan məhsullar, proses və sistemlərlə əlaqədar yarana biləcək maneələri aradan qaldırmaq, standartlaşma və metrologiya sahəsində üzv dövlətlərin personalı üçün toplanmış informasiya və təcrübə mübadiləsi üçün imkanlar yaratmaqdır.

Xəbər lenti