Logo

BSU ilə Çexiya universitetləri arasında birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları müzakirə edilib

23.09.2022 10:30 259 baxış
IMG

Bakı Slavyan Universitetinin (BSU) rektoru Anar Nağıyev Çex Respublikasının ölkəmizdəki səfiri Milan Sedlaçeki və onun müavini Daniel Putiki ilə görüşüb.

Bu barədə "Tehsil.biz"ə BSU-dan bildirilib. Qeyd olunub ki, rektor Anar Nağıyev qonaqlara sentyabrın 26-da keçiriləcək Avropa Dillər Gününün təşkilində, eləcə də Avropa ədəbiyyat gecəsində BSU tələbələrinin iştirakı, bu ali məktəbdə həyata keçirilən təhsil proqramları, o cümlədən çex dili üzrə kadr hazırlığı prosesi haqqında məlumat verib.

Görüşdə BSU ilə Çexiya universitetləri arasında ikili diplom və mobillik proqramlarının, birgə tədqiqat layihələrinin həyata keçirilməsi imkanları, universitetdə 2010-cu ildən fəaliyyət göstərən Çex dili və mədəniyyət mərkəzinin işinin optimallaşdırılması haqqında fikir mübadiləsi aparılıb.

Xəbər lenti