Logo

Asiya İnkişaf Bankının rəsmisi Bakı Ali Neft Məktəbində - FOTOLAR

22.09.2022 21:55 380 baxış
IMG

Asiya İnkişaf Bankının baş iqtisadçısı, İqtisadi tədqiqatlar və regional əməkdaşlıq departamentinin baş direktoru Albert Park Bakı Ali Neft Məktəbində master-klas keçib.

Tehsil.biz xəbər verir ki, ”Qlobal iqtisadi qeyri-müəyyənliklər və Asiyada artım və inkişaf perspektivləri” mövzusunda keçirilən master-klasda BANM əməkdaşları, tərəfdaş şirkətlərin nümayəndələri, tədqiqatçılar və tələbələr iştirak ediblər.

Bankın rəsmisi dünyanın və regionun iqtisadi vəziyyəti, iqtisadi risklər, iqtisadi inkişafa təsir edən amillər barədə məlumat verib, Bankın proqnozlarını diqqətə çatdırıb, sualları cavablandırıb.

Xəbər lenti