Logo

Tallində Milli Musiqi və Milli Azlıqlar Günü qeyd olunub - FOTO

22.09.2022 20:27 283 baxış
IMG

Estoniyanın paytaxtı Tallində yerləşən məşhur Kadriorq Sarayında Milli Musiqi və Milli Azlıqlar Gününə həsr olunmuş simfonik konsert keçirilib.

Tehsil.biz xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və "İrs" Estoniya-Azərbaycan Gənclər Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə baş tutan konsertdə ölkənin rəsmi şəxsləri və müxtəlif icmaların nümayəndələrindən ibarət 200 nəfərə yaxın qonaq iştirak edib.

Konsertdə Avstriyada yaşayan bəstəkar, pianoçu, dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadə (fortepiano), Vyana Konservatoriyasının tələbəsi, beynəlxalq müsabiqələr laureatı Orxan Cəlilov (vokal) və Karen Danger-Manafzadənin (vokal) ifasında Azərbaycan və Avropa bəstəkarlarının əsərləri təqdim edilib.

Tamaşaçılar azərbaycanlı sənətçilərin ifasını maraqla və alqışlarla qarşılayıblar.

Xəbər lenti